Karantində daha bir toy: 14 nəfər saxlanıldı - FOTO
06 iyul 2020 10:24 (UTC +04:00)

Karantində daha bir toy: 14 nəfər saxlanıldı - FOTO

Xaçmazda karantin qaydalarını pozaraq, toy təşkil ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, iyulun 5-də Xaçmaz Rayon Polis Şöbəsinə və Yalama Polis Bölməsinə rayonun Yalama kəndi ərazisində yerləşən evlərin birində toy mərasimin keçirliməsi barədə məlumat daxil olub. Dərhal Rayon Polis Şöbəsinin və Polis Bölməsinin əməkdaşları adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, bəy Şahverdi Rüstəmov və digər qonaqlar saxlanlıraq polis bölməsinə gətiriliblər.

Bölmədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Ş.Rüstəmov və məclisdə iştirak edən 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin,za sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.

# 3775
avatar

Mehman Nəbiyev

Oxşar yazılar