3331
17:27
03 İyul 2020

"Bir yas yerində 84 nəfərdə yoluxma və təmas olub" - TƏBİB rəhbəri

“Son həftələr daha gənc insanlarda da letal, yəni ölüm halları artır”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, yanaşı xəstəliyi olmayan insanlarda da letal hallar artır: “Bu, virusun mutasiyaya uğraması ilə izah edilir. Ailə şəklində xəstəliyi ağır keçirənlər çoxdur”.

R. Bayramlı nəzərə çatdırıb ki, yoluxanların 54 faizi qadın, 46 faizi kişilərdir: “Bu, yas yerlərində toplaşma ilə bağlıdır. Elə yas yeri var ki, 84 nəfər yeni yoluxan və təmasları aşkar edilib”.