Bakıda kriminal avtoritet öldürüldü - YENİLƏNİB
03 iyul 2020 12:32 (UTC +04:00)

Bakıda kriminal avtoritet öldürüldü - YENİLƏNİB

Bakının Suraxanı rayonunda ötən gün qətlə yetirilən şəxsin kriminal avtoritet olduğu məlum olub.  

APA-nın məlumatına görə, iyulun 2-də saat 23 radələrində Suraxanı rayonu ərazisində 41 yaşlı Mail Mustafayev bıçaqlanaraq qətlə yetirilib.

Qeyd edək ki, Mail Mustafayev kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb. O, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. M.Mustafayev mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamlarından olduğu bildirilir. 

***

10:45

İyulun 2-də saat 23 radələrində Suraxanı rayonu ərazisində 41 yaşlı Mail Mustafayevin bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Suraxanı rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı, 31 yaşlı Aslan Sadıqovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda Aslan Sadıqovun yerinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

# 7807
avatar

Mehman Nəbiyev

Oxşar yazılar