Körpələrin qidalanmasında BUNLARA DİQQƏT
02 iyul 2020 15:16 (UTC +04:00)

Körpələrin qidalanmasında BUNLARA DİQQƏT

Körpələrin sağlamlığı və normal inkişafı üçün ilk 6-ay boyunca “ana südü” ilə qidalanması olduqca vacibdir. Bu müddət ərzində onlar bir növ dünyaya uyğunlaşma dövrü keçirlər. Bu səbəbdən də, 0-6 ay yuxu rejimi, immunitet sistemi və fiziki inkişaf üçün olduqca vacib bir dövrdür.

Bəs görəsən valideynlər bu müddət ərzində uşaqların qidalanmasında nələrə diqqət etməlidir?

Lent.az məsələ ilə bağlı suallarını həkim-pediatr Günay Rəsulovaya ünvanladı.

Mütəxəssisin sözlərinə görə, körpə dünyaya gələn gündən ana südü ilə qidalanmalıdır:

“Ana südü uşaqlar üçün bütün qidaların şahıdır. Ana südü ilə qidalanan uşaqlar, süni qida ilə qidalananlara nisbətən sağlam və immunitetləri daha möhkəm olur.  Onlarda qan azlığı, allergik xəstəliklər, ürək damar sistemi problemləri, şəkərli diabet riski çox  aşağı olur. Təbii ki zərurət yarandığı halda, uşaqda fiziki inkişaf geriliyi də varsa bu zaman məcbur olunur ki süni qidaya keçilsin. Tövsiyə edirəm ki valideynlər tam cəhdlə körpəni ana südü ilə qidalandırsın”.

Pediatr onu da əlavə etdi ki, bəzən valideyn özü körpənin çəki almasından narahat olur, ətrafdan təzyiqlər edilir ki “çəkisi azdır”, “zəifdir”. Belə olan halda qaçırlar süni qidaya:

“Əlavə qidalar körpənin 6 ayından sonra başlanmalıdır. Bəzən valideynlər tələsirlər. 4-5 aydan sonra körpəyə ev yeməkləri dadızdırmağa başlayırlar. Bu isə qətiyyən düzgün deyil. Əlavə qidaya keçidə məcbur qalmayınca, 6 aydan tez olmamalıdır. Bu amil həmçinin süni qida ilə bəslənən körpələrə də aiddir. Əlavə qidaya başlamaq 6 aydan sonra, 3 gün ərzində hər yeni qidanın təsirini yoxlamaqla həyata keçirilməlidir. Bu zaman biz, tək komponentli tərəvəzlərlə, sıyıqlarla başlamağı tövsiyə edirik. Yeni başlayanlarla bağlı hər bir qidanın təsirini 3 gün gözlədikdən sonra,  ikinci yeni qidaya keçə bilərik” 

Pediatr əlavə qidaya keçdikdən sonra, ilk növbədə düyü və qarabaşaq sıyığından, daha sonra isə kartof, kök, kələm, balqabaq kimi tərəvəzlərin istifadə etməyi tövsiyə etdi. O bildirdi ki, əlavə qidaya keçdikdən 10-15 gün sonra tərəvəzləri ətin suyunda bişirib şorba şəklində istifadə etmək olar.

Banu

# 4471
avatar

Oxşar yazılar