1558
19:30
30 İyun 2020

Prezidentin köməkçisi: “Məqsəd vətəndaşları riskdən qorumaqdır”


“Karantin rejimini pozmaqla qəhrəmanlıq etdiyini düşünənlər yanılırlar”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, bəzi insanlar məsuliyyətsiz davranışla özlərini aldadırlar: “Həmin insanlar ilk növbədə ailələrini yoluxdura bilərlər”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, media koronavirus pandemiyası ilə bağlı cəmiyyəti məlumatlandırmaq istiqamətində dövlətlə birgədir, bu fəaliyyət təqdir olunur: “Dövlətin karantin rejimi tətbiq etməkdə məqsəd vətəndaşlarını riskdən qorumaqdır. Məsuliyyətsiz davranışa yol verənlərin qarşısını da birlikdə almalıyıq”.