Tank almaq istəyənlərin NƏZƏRİNƏ
29 iyun 2020 16:55 (UTC +04:00)

Tank almaq istəyənlərin NƏZƏRİNƏ

Moskvada T-34 döyüş tankı satışa çıxarılıb.

APA-nın Moskva müxbirinin yerli KİV-ə istinadən verdiyi xəbərə görə, paytaxt sakini "Avito" saytında T-34-85 tankının satışı haqqında elan yerləşdirib.

Elanda tankın tam bərpa olunduğu və silahsızlaşdırıldığı vurğulanıb.

Tankın qiyməti elanda göstərilməyib.

Qeyd edək ki, Т-34-85 tankı 1944-cü ildə Sovet İttifaqı qoşunlarının silahlanmasına daxil olan əfsanəvi T-34 tankının modifikasiya olunmuş variantıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6165

Oxşar yazılar