Əfqanıstanda silahlı qarşıdurmada 9 “Taliban” yaraqlısı öldürüldü
29 iyun 2020 05:12 (UTC +04:00)

Əfqanıstanda silahlı qarşıdurmada 9 “Taliban” yaraqlısı öldürüldü

 

Əfqanıstanın şərqində yerləşən Paktiya əyalətində baş verən silahlı qarşıdurma zamanı 9 "Taliban" yaraqlısı öldürülüb, 5-i yaralanıb. 

APA-nın Sputnik-ə istinadən verdiyi məlumata görə, bunu əyalət polis qüvvələrinin Mətbuat katibi Hayatullah Nizami Əhmadzai bildirib.

Onun sözlərinə görə, toqquşmalar yaraqlılar əyalətin Patan rayonundakı nəzarət-buraxılış məntəqəsinə hücum etməsindən sonra baş verib.

“Taliban” hələlik hücumla bağlı hər hansı bir açıqlama verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1486

Oxşar yazılar