2209
16:51
25 İyun 2020

Ukraynada Azərbaycan vətəndaşı öldürüldü


Ukraynada Goranboy sakini qətlə yetirilib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə Ukraynanın Luqansk vilayətində qeydə alınıb. Staxanov şəhərində yaşayan, Goranboy rayon Faxralı kənd sakini, 26 yaşlı H.Mamed həmyerlisi olan yeznəsi, 33 yaşlı Ə.Hakimi bıçaqlayıb. Qarın nahiyəsindən 3 bıçaq zərbəsi alan Ə.Hakim xəstəxanaya çatdırılsa da onu xilas etmək mümkün olmayıb. Onun meyitinin yaxın günlərdə Azərbaycana gətiriləcəyi bildirilir.

Hadisəni törədən H.Mamed polisə gedərək könülü təslim olub.