13:01
25 İyun 2020

Xalq artisti biznes qurub? - "Toy müğənnisi deyiləm" - VİDEO

Xalq artisti Mənsum İbrahimov toydan başqa biznesinin olmadığını bildirib.

Lent.az -ın məlumatına görə, "Show news" verilişinə danışan xanəndə bildirib ki, pul onun üçün o qədər də önəmli deyil:

"Xanəndəlikdən başqa gəlir yerim yoxdur. İş adamı deyiləm. Sənətimlə qazandığım pulla ailəmin ehtiyacını ödəyirəm. Mən madiyyata meyilli insan deyiləm. Sənət adamının qazanc yeri toydur. Amma toylara az gedirəm. Çünki özümü toy müğənnisi saymıram, böyük səhnələrdə oxuyuram. İnsan əsas sənəti və mənəviyyatı ilə insanların qəlbində yer tapmalıdır. Özümü xoşbəxt insan hesab edirəm. Azərbaycanın ucqar yerlərinə gedəndə də insanlar məni görüb üzlərini çevirmirlər. Bir sənətkar üçün bundan gözəl nəsə ola bilməz. Sənət adamı heç bir zaman zəngin ola bilməz".

Dİgər xəbərlər