16:32
17 İyun 2020

Azərbaycanın ilk onlayn səs yarışması birinci mərhələsini bitirdi - VİDEO

Bu gün Azərbaycanın ilk onlayn səs yarışması olan “Cover Man” -ın birinci mərhələsi bitdi. Belə ki, hər gün CoverMan-nın YouTube səhifəsində yerləşdirilən iştirakçıların videolarından ən az bəyənmə sayı olan iştirakçı yarışmanı tərk edirdi.

Yarışma iştirakçılarının seçimində izləyicilər qədər münsiflərin də böyük rolu var. Belə ki, yarışmanın seçim turu başladıqdan sonra, 200-ə yaxın iştirakçı qoşulub. “CoverMan”- in seçim kommisiyası isə , onların içərisindən 20 nəfər iştirakçını seçib. Seçilmiş 20 iştirakçıdan 5-i münsiflər tərəfindən ,5 iştirakçı isə bəyənmə sayına görə seçilib.

Lent.az xəbər verir ki, yarışmanın münsiflərindən olan müğənni Elza Seyidcahan və vokalçı Qasım Xəlilov öz seçimlərini ediblər. Yarışma müddətində ilk dəfə baş verən hadisədə iki iştirakçı eyni anda seçilib. Belə ki, Gülzar FelizLeyla Məmmədova yarışmanın yarımfinal mərhələsinə qalan iştirakçılardandır.

Qeyd edək ki, öz səsinə güvənən və istedadını geniş kütləyə çatdırmaq istəyən 18 yaşından yuxarı şəxslərin iştirak etdiyi layihənin məqsədi istedadı olan amma geniş kütle qarşına çıxmağa imkanları olmayan gənclərə dəstək olmaqdır. Yarımfinala qalan 10 nəfərdən 5-i yanlız tamaşaçıların bəyənmə sayı ilə finala qalacaqlar.

Müsabiqənin qalibi klip və mahnı ilə mükafatlanacaq.

Onu da qeyd edək ki, Lent.az yarışmanın informasiya dəstəkçisidir.

Dİgər xəbərlər