3553
15:13
17 İyun 2020

Bu klinikada 600-dən çox koronaviruslu xəstə müalicə olunub

“Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının 400-dən çox əməkdaşı COVID-19-la mübarizəyə qoşulub”.

Lent.az bildirir ki, bu barədə klinikanın direktoru, professor Surxay Hadıyev açıqlama verib. Onun sözlərinə görə, bu il martın sonundan etibarən klinikada koronaviruslu xəstələrin qəbuluna hazırlıq işlərinə başlanılıb: “Aprelin 1-dən etibarən COVID-19 infeksiyası təsdiqlənən xəstələrin qəbuluna başlamışıq. İndiyədək 600-dən artıq koronaviruslu xəstə ATU Tədris Cərrahiyyə Klinikasında müalicə alıb. Bu gün ATU TCK-nın 400-ə yaxın əməkdaşı COVID-19 pandemiyası ilə mübarizəyə qoşulub. Onlar xəstələrin sağalması uğrunda fədakarcasına işləyirlər, yorulmaq bilmədən xəstələrin müalicəsində iştirak edirlər”.

Direktor 17 İyun - Tibb İşçiləri günü münasibətilə həkimlərə ürək sözlərini də çatdırıb: “İndiki çətin və mürəkkəb zamanda qeyd etdiyimiz bu gündə hər bir tibb işçisini təbrik edirəm. Bizim elə həkimlərimiz, tibb bacılarımız və işçilərimiz var ki, uzun müddətdir öz doğmalarından ayrı qalıblar. Ağır durumda, xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar. Bu şərəfli peşə sahiblərini təbrik edirəm, onlara ən əsas cansağlığı arzulayıram. Ümid edrəm ki, dövlətimizi səyi, tibb işçilərinin fədakarlığı və əhalinin məsuliyyətli davranışı sayəsində bu bəlaya qısa zamanda qalib gələ biləcəyik”.

Qeyd edək ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasının açılışı 2013-cü ildə olub.