12:46
28 İyul 2020

“Güllü paltar geymək ər axtarıram mənasına gəlir” – ƏCAİB FAKTLAR

Sizə dünyanın qeyri-adi faktlarından bəzilərini təqdim edirik. Eşitdikləriniz sizi təəccübləndirəcək.

Lent.az xarici KİV-ə istinadən bəzi faktları aşağıdakı kimi sıralayır

Təyyarədə uçarkən saçlarınız 2 dəfə sürətlə uzanır.

Mavi gözlü insanlar ağrıya daha həssas olurlar.

Uşaqlar Bahar fəslində daha sürətlə böyüyürlər.

Burun insanın bütün həyatı boyu böyüyür.

Qorxmuş adam daha yaxşı görür.

Dil izləri barmaq izləri kimi hər adamda individualdır.

Əgər sizin bir burun dəliyiniz 72 saat bağlı qalarsa, siz rəngləri görmə qabiliyyətinizi itirəcəksiniz. Sizin görmə qabiliyyətiniz dəlik açılan kimi düzələcək.

Futbolçu hər dəfə topa kəllə vurduqda beynində 1000 hüceyrə ölür.

80 il su ilə dolu stəkanın üstünə qışqırsanız, o qaynayar. Tarakan başsız 9 gün yaşayır, sonda acından ölür.

İlanlar eşitmirlər, siçanlar qusmurlar, kenqurular arxaya yeriyə bilmirlər, kəpənəklər ayaqları ilə dadırlar.

Bayquş mavi rəngi görə bilən yeganə quşdur

Sadəcə dişi ağcaqanadlar dişləyirlər.

Çoxunun sevdiyi içki koka-kola rənglənməsəydi əslində yaşıl olacaqdı.

Oğurluqların çoxu həftənin Çərşənbə axşamı baş verir.

Baham adalarında güllü paltar geymək ər axtarıram mənasına gəlir

Dİgər xəbərlər