17:12
15 İyun 2020

PSJ iki qardaşı istəyir


PSJ komandadan ayrılan Tiaqo Silvanın alternativini axtarmağa başlayıb.

Apasport.az saytının məlumatına görə, Fransa klubu "Bavariya"nın müdafiəçisi Lukas Ernandesin bu funksiyanı layiqincə yerinə yetirəcəyini düşünür.

Parislilər Ernandesin transferi üçün ilk olaraq onun yaxınları ilə təmas qurub. Hətta PSJ onunla yanaşı, "Milan"dakı qardaşı Teo Ernandesi də heyətinə cəlb etməyə çalışır.

Dİgər xəbərlər