1408
09:06
13 İyun 2020

Dünyanın bu günü - 13.06.2020 - VİDEO

1. Azərbaycanın əməkdar artisti, kamança ifaçısı Tələt Soltan oğlu Bakıxanov 13 iyun 1927-ci ildə Bakı şəhərində doğulub.

2. Azərbaycanın əməkdar artisti, aktyor Ədalət Məti oğlu Məmmədov 1949-cu il iyunun 13-də Zərdab şəhərində doğulub.

3. Azərbaycanın xalq artisti, aktrisa Bəsti Əli qızı Cəfərova 1959-cu ilin bu günü Bakıda doğulub.

4. 20 Yanvar şəhidi İbiş Behbud oğlu Məmmədov 13 iyun 1961-ci ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub.

5. Azərbaycanın əməkdar incəsənət xadimi, aktyor və rejissor Məmməd Əli oğlu Əlizadənin anım günüdür.

6. Əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilova da bu gün xatırlanır.

7. Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Rauf Tofiq oğlu Əliyevin xatirə günüdür.

8. Azərbaycanın Milli Qəhrəmanı Şikar Şükür oğlu Şikarovun anım günüdür. O, 1953-cü il dekabrın 3-də Bakı şəhərində anadan olub.

9. Müstəqil Azərbaycanın ilk hərbi təyyarəçisi, şəhid Vaqif Qurbanov da bu gün xatırlanır.