09:36
12 İyun 2020

Onlayn sınaqda professorun ekranına porno görüntülər çıxdı

Türkiyənni Atılım Universitetində professor müəllimin onlayn sınaqda pornoya baxdığı iddia edilib.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, 40 tələbənin də gördüyü ekrana qəflətən pornoqrafik görüntülər əks olunub. Bu anı isə tələbələrdən biri götürərək paylaşıb. Tələbə və müəllimlərin iddialarından sonra hadisədən xəbərdar olan rektor professor İldırım Üçtuğ, ekranında porno görüntülər yayılan professor Həsən Kavalın istefa etdiyini söyləyib.

Müəllim isə hadisənin tələbələrdən birinin sualına cavab tapmaq üçün “Zoom”dan çıxdığı
əsnada baş verdiyini deyib. O, həmçinin görüntülərin hansısa reklama məxsus olduğunu və onu görərkən şoka düşdüyünü bildirib.

Dİgər xəbərlər