Bakıdan Naxçıvana bilet satışı başladı
11 iyun 2020 18:41 (UTC +04:00)

Bakıdan Naxçıvana bilet satışı başladı

“Naxçıvandan Bakıya və Bakıdan Naxçıvana biletlər onlayn qaydada həmin sərnişinə məxsus ödəniş kartı vasitəsi ilə ödəniş edilməklə satılacaq”.

APA-nın məlumatına görə, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib.

E. Hacıyev deyib ki, mövcud qaydalar ödəniş kartı olmayanlara başqasının ödəniş kartı ilə aviabilet almağa imkan vermir: “Ancaq AZAL-ın “Çağı mərkəzi”nə telefonla müraciət edərək, başqa şəxsin ödəniş kartından istifadə etməklə məhdud sayda təyyarəyə bilet almaq imkanı olacaq. Ancaq bu, çox məhdud olacaq”.

AZAL vitse-prezidenti qeyd edib ki, hazırda Bakıdan Naxçıvana, Naxçıvandan Bakıya iyunun 18-də yerinə yetiriləcək reyslər üçün bilet satışına başlanıb.

# 6910
avatar

Oxşar yazılar