3787
19:37
09 İyun 2020

Qadınlarla kişilər arasında "COVİD-19"a yoluxma faizi AÇIQLANDI

2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında

“Səhiyyə sistemi və vətəndaşlar birlikdə çalışmasa, çox ciddi fəsadlar olar”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, yoluxma 50-59 yaş arasında 21 faiz, 30-39 yaş arasında 18 faiz, 40-49 yaş arasında 15 faizdir: “Artıq gənc yaşlarında xəstəliyi ağır keçənlər artır. Bunlar arasında həkimlər də var. Gənc yaşlarında xəstəliyi ağır keçirmə xüsusən evdə müalicəyə cəhd zamanı baş verir”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, qadınlar arasında yoluxma 54 faiz, kişilər arasında isə 46 faizə çatıb: “Ölkədə kütləvi yoluxmalar əsasən ictimai nəqliyyat, market, kafe və restoranlarda məsafənin qorunmamasından irəli gəlir”.