"Bir ana kimi alnınızdan öpürəm" - Məcburi köçkün Prezidentə yazdı
09 iyun 2020 16:59 (UTC +04:00)

"Bir ana kimi alnınızdan öpürəm" - Məcburi köçkün Prezidentə yazdı

Azərbaycan hökumətinin koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirdiyi tədbirlər vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılandı. Bundan əlavə, dövlət başçısının belə çətin günlərdə insanların sosial təminatının inkişafına yönəlik qərarları və qayğıkeşliyi dünya ölkələrinə nümunə oldu. Əhalinin həm sağlamlıq, həm də sosial təminatının qayğısına qalan tədbirlərə görə, hər gün ölkənin müxtəlif bölgələrindən prezidentə təşəkkür məktubları gəlir.

Belə məktublardan birini Göyçayda yaşayan Ağdam rayonundan olan məcburi köçkün Sabah Mustafayeva yazıb. Lent.az həmin məktubu təqdim edir:

“Hörmətli cənab Prezident!

Mən 30 ilə yaxındır ki, erməni işğalı nəticəsində öz elimdən, obamdan köçkün düşərək Göyçayda məskunlaşmışam. 2019-cu ildə Sizin göstərişinizlə Göyçay şəhərində məcburi köçkün və qaçqın ailələri üçün yaşayış binası tikilib. Mən də həmin binada mənzillə təmin olunmağım üçün müraciət etmişdim. Müraciətimə baxıldıqdan sonra mənə çox sevindirici xəbər çatdırdılar. Mənə də o binadan mənzil verildi.

Hörmətli cənab Prezident, bu ahıl yaşımda mənə belə sevinc bəxş etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin və Mehriban xanımın qayğıkeşliyinizə və humanistliyinizə görə bir ana kimi Sizi alnınızdan öpürəm”.

# 2470
avatar

Mehman Nəbiyev

Oxşar yazılar