“Tryapka”, “buğa...və heç nə - REPLIKA
09 iyun 2020 10:15 (UTC +04:00)

“Tryapka”, “buğa...və heç nə - REPLIKA

Milli Şuranın növbəti video-qeybət tamaşası yenə necə deyərlər, gül vurdu. Düzü, növbəti “zoom konfransı”  da heç kimi təəccübləndirmədi. Onsuz da indiyədək yığışdıqları gapxanada bir ciddi mövzu müzakirəsi aparmamışdılar. Gah birinin “zaryadkası” qurtarırdı, gah biri digərinin qeybətini qırırdı,  gah da vaxtıyla bir düşərgədə olduqları qüvvələri təhqir edib gülüşürdülər. Elə son dedi-qodu konfransı da bu qəbildən idi.

Amma bu dəfə bir qədər fərqli. Çünki budəfəki “zoom buluşmaya bir “zoo” mövzu da əlavə edilmişdi. Demək, əvvəlcə ABŞ-dan gözü yuxulu hamını salamlayan Şuranın rəsmi sədri hörmətli professor, iqtidarın dialoq təklifinə müsbət cavab verən partiyalar və siyasətçiləri “tryapka” adlandırdı: “Digər müxalif partiyalar elə tryapkaya çevrilib ki, indi o tryapka ilə heç ayaqqabı da silmək olmaz”.

 

Onun bu sözündən sonra monitor arxasında oturan Kərimli və komandası qəşş eləyib getdi. Hə, təsəvvür edirsinizmi? Vaxtıyla bir cəbhədə olduqlarına verdikləri qiymət idi, bu. Amma bu “traypaka” söhbətinin qarşılıqlı cavabı rəqib düşərgədən mütləq olacaq, artıq sınanmış məsələdir.

 

Ardınca da Gültəkin Hacıbəyli “buğa söhbəti” eləməyə başladı. Sən demə, nə vaxtsa Cəmil Həsənli buna – bizim 5 yaşımızda güldüyümüz - bir əhvalat danışıb. Guya sovet dövrünün hansısa məmuru rayonların birinə gedəndə öküzü, buğanı inəyin əri adlandırıb. Dodaq qaçırmayacaq qədər primitiv bir lətifəyə qəşş edib gülən Milli Şura “zoom konfransçılar” görəsən həmmin anda hansı səviyyədə olduqlarının fərqindəydilərmi? Məsələ, buğa-inək söhbətinin gülməli olub- olmadığından getmir. Söhbət özünü ana müxalifət elan etmiş bir siyasi qurumun müzakirə etdiyi mövzudur. Doqqaz söhbətlərindən o yana getməyən bu mövzular bu adamların hansı səviyyəyəyə qədər yuvarlandıqlarının əyani göstəricisi deyilmi?

 

Hə, insafən Rəhim Hacıyev “zoom konfrans”a bir balaca ciddilik qatmaq istədi. Ordan-burdan bir xeyli danışıb, sonda “Azərbaycan cəmiyyəti iddialıdır, intizamsız, çox danışan və məsuliyyətsizdir” demişdi ki... Qəfil Qənimət Zahid ağzından vurdu: “Elə sən özün də girişi çox elədin”. Və…Və yenə də qəfil gülüşmə, qəşş etmə…Və Gültəkin xanımın növbəti replikası: “Oy, nə gözəl xarakterizə ediblər, nə gözəl xarakteristikadı”...

Hə, doğrudan da hər şey elə olduğu kimidir. Göründüyü kimi. Elə gördüyünüz kimi. Başqa cür deyillər. İnanın deyillər!

 

Hə, yaddan çıxmamış, bu dəfə yenə sonda bir nəfər monitordan itdi. Düzü, səbəbini bilmədim, amma yəqin yenə “zaryadkası” bitmişdi…

 

# 2749
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar