59 yaşlı qadın sirkə turşusu içdi: vəziyyəti ağırdır
07 iyun 2020 10:45 (UTC +04:00)

59 yaşlı qadın sirkə turşusu içdi: vəziyyəti ağırdır

Gəncədə qadın zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bağman yaşayış massivində  yaşayış evlərinin birində qeydə alınıb.

Belə ki 1961-ci il təvəllüdlü Cəmilə Cəfərova Araz qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə 59 yaşlı qadın sirkə turşusu içərək zəhərlənib. Onun hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

# 3787
avatar

Oxşar yazılar