Azyaşlını maşın vurdu, vəziyyəti ağırdır
07 iyun 2020 01:10 (UTC +04:00)

Azyaşlını maşın vurdu, vəziyyəti ağırdır


 

Qazaxda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səməd Vurğun kəndində qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü Nuray Həsənli Hüseyn qızı yolu keçmək istəyən zaman onu avtomobil vurub. 

Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.

# 4447
avatar

Oxşar yazılar