3454
19:42
05 İyun 2020

Qrizmann karyerasını bitirmək istədiyi yeri AÇIQLADI

“Barselona”nın hücumçusu Antuan Qrizmann Qətərdəki dünya çempionatında, Çempionlar liqasında qalib olmağı və karyerasını MLS-də başa vurmaq arzusunda olduğunu açıqlayıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, onun sözlərinə görə, “Barselona” ilə La Liqada və Çempionlar liqasında qələbə arzusu, eyni zamanda əsas məqsədidir.

“Bu qələbələrdən sonra hər şey mümkündür. Daha bir dünya çempionatı var, bundan sonra MLS-də oynamaq istərdim. Hansı komanda olacağını deyə bilmərəm, lakin həqiqətəb orada oynamaq istərdim. Məqsədim karyeramı ABŞ-da oynamaqdır. Əlbəttə, dünya çempionu, Çempionlar liqasının qalibi olduqdan sonra sakitcə ABŞ-da oynaya bilərəm. Bu mənim ideal marşrutumdur. Pis deyil, elə deyil?” – Qrizman n vurğulayıb.

Xatırladaq ki, Qrizmann 2019-cu ildən İspaniya komandasındadır. O, “Barselona”nın heyətində 37 oyun keçirib, 14 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2024-cü ilin iyun ayına qədər nəzərdə tutulur.