11764
17:33
04 İyun 2020

"Guya koronavirusdan öldüyünü yazmaq təklif olunur..." - Sədr şayiələrdən DANIŞDI

“Tibbi maskalardan düzgün istfiadə edilməməsi bizi də narahat edir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, sosial şəbəkələrdə bəzi şayiələr yayılır: “Guya hər hansı ölmüş şəxsin COVİD-19-dan öldüyünü yazmaq barədə onun yaxınlarına təcili tibbi yardım xidmətindən təklif verilir. Bu, tamamilə əsassızdır, müvafiq qurumlar tərəfindən araşdırılıb. COVİD-19 diaqnozunun qoyulması üçün müvafiq elektron sistem var, bura müdaxilə mümkün deyil ”.