Rayondakı anbardan külli miqdarda oğurluq edildi
04 iyun 2020 11:56 (UTC +04:00)

Rayondakı anbardan külli miqdarda oğurluq edildi

Biləsuvarda anbardan oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az- verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 2-də rayon ərazisindəki anbarların birindən 5 nəfərə məxsus ümumilikdə 17800 manat dəyərində kosmetik və gigiyenik əşyalar oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini G.Məmmədova, Biləsuvar rayon sakinləri M.Nərimanov və B.Həsənov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

# 1336
avatar

Mehman Nəbiyev

Oxşar yazılar