Kirayə mənzillərin siyahısına daha bir yaşayış kompleksi əlavə olundu
03 iyun 2020 13:19 (UTC +04:00)

Kirayə mənzillərin siyahısına daha bir yaşayış kompleksi əlavə olundu

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə mənzillərin rəsmiləşdirilməsi və təhvil prosesini davam etdirir. Koronovirus pandemiyası ilə əlaqədar ölkədə karantin rejiminin davam etməsinə baxmayaraq, ötən müddət ərzində Fondun razılıq barədə qərarını əldə edən 233 vətəndaş artıq mənzil seçimini edib və onlardan 115-i ilə satmaq öhdəliyi ilə kirayə müqaviləsinin rəsmiləşdirilməsi başa çatıb.

Fonddan Lent.az-a verilən məlumata görə, bugünədək elektron sistem vasitəsi ilə kirayə mənzil əldə edilməsi üçün müraciət edənlərin sayı aşağıdakı kimidir:

EİKZS-də elektron kabinet yaradanlar

8912

Müraciət formalaşdıranlar

7378

Müraciət göndərənlər

6354

Sənəd təqdim edənlər

1139

Razılıq qərarı alanlar

1056

Razılıq verilməsindən imtina olunanlar

16

Mənzil seçimi edənlər

233

Rəsmiləşdirilmiş müqavilələr

115

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qeyd edək ki, təhvil verilən mənzillər istisna olmaqla, hazırda kirayə mexanizmi üzrə mənzil fondunda 541 mənzil var. Vətəndaşların tələbi nəzərə alınaraq may ayında Fond tərəfindən yaşayış sahələrinin siyahısı genişləndirilib və daha bir yaşayış kompleksi mənzil fonduna daxil edilib. Yeni kompleks Sumqayıt şəhəri, Bulvar küçəsi ünvanında (dənizkənarı park ərazisində) yerləşir. Qeyd olunan kompleks üzrə 74 mənzil vətəndaşlara təklif olunur. Kompleksdə sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün yüksək standartlara cavab verən zəruri şərait mövcuddur.

Bir daha bildiririk ki, Fond tərəfindən satmaq öhdəliyi ilə kirayə təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə yaxın komplekslərdən ibarətdir. Komplekslərdə yerləşən bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir olunaraq kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb. 

 

 

# 2413
avatar

Aygün İbrahimli

Oxşar yazılar