Arif Məlikovun abidəsi qoyuldu
02 iyun 2020 13:33 (UTC +04:00)

Arif Məlikovun abidəsi qoyuldu

Xalq artisti Arif Məlikovun məzarı üzərində abidəsi ucaldılıb. 

Bu barədə APA-ya abidənin müəllifi, Xalq rəssamı Ömər Eldarov məlumat verib. 

O bildirib ki, mərhum bəstəkarın qəbirüstü abidəsi ildönümü ərəfəsində ucaldılıb: “Sadəcə karantinə görə bir neçə nəfərlə məzarını ziyarət elədik, geniş açılış mərasimi keçirilmədi”. 

Qeyd edək ki, Arif Məlikov 2019-cu il mayın 9-da vəfat edib. O, Fəxri Xiyabanda dəfn edilib. 

# 3775
avatar

Oxşar yazılar