Şəkidə tutulan ayı ilə bağlı YENİ XƏBƏR
01 iyun 2020 18:29 (UTC +04:00)

Şəkidə tutulan ayı ilə bağlı YENİ XƏBƏR

Qonur ayı Altıağac Miilli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə yerləşdirilib, həkim-mütəxəssislər tərəfindən müayinə olunub, ona ilkin tibbi yardım göstərilib və nəzarətə götürülüb. 

Lent.az xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. Onun sözlərinə görə, hazırda ayı volyerdə müşahidə altındadır. Bir müddət mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

Nazirliyin sözçüsü Qonur ayıya tibbi və digər texniki yardım göstərdiklərinə görə Bakı Zooparkının direktoru Azər Hüseynova, baytar həkim Canpolad Əmirova və zooparkın əməkdaşı Vüqar Həsənova minnətdarlıqlarını bildirib.

Qonur ayı mayın 31-də Şəki şəhərinin mərkəzinə gəlib. Ayı daha sonra tutularaq Altıağac Miilli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə yerləşdirilib.

# 11122
avatar

Aygün İbrahimli

Oxşar yazılar