Rusiyalı siyasətçi Maskın kosmik missiyasını şərh etdi: "Bu, Mars deyil"
31 may 2020 08:44 (UTC +04:00)

Rusiyalı siyasətçi Maskın kosmik missiyasını şərh etdi: "Bu, Mars deyil"

 

“İlon Maskın “SpaceX” şirkətinin hazırladığı “Crew Dragon” kosmik gəmisinin Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərilməsinin vacibliyini bu qədər böyütmək lazım deyil”.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Şurasının informasiya siyasəti komissiyasının sədri Aleksey Puşkov deyib.

“Təbii ki, İlon Maskı onun idarəolunan gəmisinin uçuşu münasibətilə təbrik etmək olar. Ancaq bu – BKS-ə uçuşdur, bu, Mars deyil. Marsa uçuş – onun hələ sonsuz dərəcədə uzaq olduğu tamam başqa səviyyədə bir missiyadır”, - deyə Puşkov “Telegram” səhifəsində yazıb.

Bundan bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp İlon Maskı uğurlu uçuş münasibətilə təbrik edib və bunu “ulduzlara zəfərlə qayıdış” adlandırıb.

Qeyd edək ki, “SpaceX” tamamilə çoxistifadəli “Super Heavy” daşıyıcı raketlərdən və “Starship” gəmilərindən ibarət nəqliyyat sistemi üzərində işləyir. Sistem peyklərin, ekipaj üzvlərinin və yüklərin Yerin ətrafındakı orbitə, Aya və Marsa çatdırılmasına imkan verəcək.

Maskın hesablamalarına görə, Marsda koloniyanın yaradılması üçün minlərlə “Starship” gəmisinə ehtiyac var və bunların sayəsində planetdə sərbəst şəkildə yaşayış məskəni salmaq mümkün olacaq.

# 2107
avatar

Oxşar yazılar