Tramp iğtişaşları yatırtmaq üçün Minneapolisə qoşun göndərə bilər
31 may 2020 05:51 (UTC +04:00)

Tramp iğtişaşları yatırtmaq üçün Minneapolisə qoşun göndərə bilər

 

ABŞ Prezidenti Donald Tramp yerli hakimiyyətin buna ehtiyacı yaranacağı təqdirdə, kütləvi iğtişaşların baş verdiyi Minneapolis şəhərinə hərbçilər göndərməyə hazır olduğunu deyib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə prezidentə yaxın olan jurnalistlər qrupu bildirib.

“Əgər şəhər rəhbərliyi nə zaman hərbi qüvvə istəyərsə, bizim hərbi qüvvələrimiz hazır olacaq, onlar iradə və bacarığa malikdirlər. Biz həmin yerə tez bir zamanda qoşun göndərə bilərik”, - deyə Tramp jurnalistlərlə söhbətində vurğulayıb. Onun sözlərinə görə, hərbçilər “sərt, güclü və hörmətəlayiq” olmalıdır.

“Bu insanlar pis radikal solçulardır, onları başa salmaq lazımdır ki, belə etmək olmaz”, - prezident iğtişaşçılar barədə fikir bildirərkən belə deyib.

O, həmçinin Minneapolisdə yandırılan polis şöbəsindən qaçan polis əməkdaşlarını da ələ salıb: “Mən həyatımda heç vaxt bu qədər dəhşətli və səfeh bir şey görməmişəm. İndi isə görürəm ki, onlar buna haqq qazandırmaq istəyirlər”.

O daha sonra əlavə edib ki, polislər iğtişaşçılara qarşı “daha amansız” olmalıdırlar.

# 2881
avatar

Oxşar yazılar