Ramin Bayramlı Naxçıvana uçuşların bərpasından danışdı
29 may 2020 18:51 (UTC +04:00)

Ramin Bayramlı Naxçıvana uçuşların bərpasından danışdı


“Karantin rejimini pozan hüquqi şəxslər, müəssisələr barədə ciddi cəzaların tətbiq olunması gündəmdədir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, xüsusən Sədərək Ticarət Mərkəzində çalışan vətəndaşlar qaydalara ciddi riayət etməlidir: “Qapalı idman müəssisələrində fəaliyyətin bərpası yaxın günlərdə gözlənilmir”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, iyunun 8-dən sonra Naxçıvana uçuşların və daxili uçuşların bərpası gözlənilir.

# 5275
avatar

Oxşar yazılar