Qadın qonaq getdiyi evi yardı - 11 min manatlıq oğurluq
26 may 2020 09:48 (UTC +04:00)

Qadın qonaq getdiyi evi yardı - 11 min manatlıq oğurluq

Astarada evdən oğurluq edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Astara şəhər sakini T. Ağayev polisə müraciət edərək evindən 10000 manat pulun və 1160 manat dəyərində qızıl zinət əşyalarının oğurlandığını bildirib. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun zərərçəkmişin qohumu, rayonun Ərçivan qəsəbə sakini L.Əliyeva olduğu müəyyən edilib. Oğurlanmış pul və qızıl-zinət əşyaları ondan aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

# 2278
avatar

Mehman Nəbiyev

Oxşar yazılar