3400
19:00
25 May 2020

Yuxusuzluq bəlası - olümə aparan SƏBƏBLƏR

“Yuxunu qaçırmaq, daha çox oyaq qalmaq üçün gün ərzində həddindən artıq istifadə olunun qəhvə yuxusuzluq probleminini artırır.

Məlumatsız şəkildə yuxu dərmanlarından istifadə isə xroniki yuxusuzluq və psixoloji pozğunluqlar da daxil olmaqla ölümə qədər aparan ciddi təhlükələrə yol açır”.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin professoru Məhəmməd Emin Ağqoyunlu yuxusuzluq probleminə qarşı bilib-bilmədən istifadə olunun dərmanlarla bağlı xəbərdarlıq edib. Professor günümüzdə beynin yuxuya getmək üçün ehtiyac duyduğu qaranlığı tapa bilmədiyini açıqlayıb: “Şəhərlərdə işıq çirkliliyi var. Bir tərəfdən də son 10 ildir ki, həyatımz Led ekranların işığının təsiri altına düşüb. Evin işıqlandırılmasından başlamış cib telefonları və tabletlərdə, televizorlarda, kompüterlərdə istifadə olunan Ledlər günəş işığını təqlid etməklə beyində gündüz qavrayışını yaradır.

Yatmazdan əvvəl televizor, telefon və kompüter kimi vasitələrə baxmaq beyində kortizon kimi stres hormonlarını ifraz etməklə yuxunu dağıdır”.

Yuxu dərmanlarından fayda gözləməyin mənasız olduğunu açıqlayan professor, yuxusuzluğun qavrayışı, duyğuları, diqqəti və hafizəni zəiflətdiyini və doğru qərarlar verə bilməmək, diqqətsizlik, depressiya kimi ciddi problemlərə yol açtığını bildirib: “Gün içində yuxunu dağıtmaq üçün bol-bol qəhvə içirik. Bu gün qəhvə neftdən sonra ən çox ticarəti edilən məhsula çevrilib. Qəhvəni içib yuxunu dağıdırıq. O biri tərəfdən isə yuxuya getmək üçün dərman istifadə edirik. Bu isə xroniki yuxusuzluqdan başlamış ölümə kimi apara bilir. Ona görə də reseptsiz, kiminsə tövsiyəsi ilə bu cür dərmanlardan istifadə etmək olmaz. Keyfiyyətli yuxunun yolu yuxu gigiyenasını yaratmaqdan asılıdır. Yatmaq üçün qaranlıq mühit yaradın və özünüzə zaman verin. Led ekrandan uzaq durun. Yenə də yata bilmirsinizə, peşəkar dəstək alın”.