Bayram süfrəsi hansı gün açılmalıdır?
22 may 2020 16:55 (UTC +04:00)

Bayram süfrəsi hansı gün açılmalıdır?

Ramazan ayının bitməsinə bir gün qalıb. Oruc tutan insanlar bayrama hazırlaşırlar. Bu il Azərbaycanda Ayın görünməsindən asılı olaraq, Ramazan bayramı mayın 24-də qeyd olunacaq. Koronavirus pandemiyası səbəbindən məscidlərdə namaz qılınmasa da, din xadimləri hər kəsin öz evində ailəsi ilə birlikdə bayram namazını qıla biləcəyini deyir.

Bayram namazı qılınan gün oruc tutmaq olarmı və Ramazan bayramı süfrəsi nə zaman açılmalıdır?

Lent.az-ın bununla bağlı sualını Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Samid Quliyev cavablandırıb.

O bildirib ki, bayram süfrəsi sonuncu iftardan sonra açılır: “Ramazanın bayram süfrəsi orucluğun son günü, yəni 23-ü iftar vaxtı açılır. Ramazan bayramı ilə bağlı açılan süfrənin  özünəməxsusluğu yoxdur. Kimin nəyə gücü çatırsa, süfrəsinə qoyub bayramını qeyd edə bilər”.

S.Quliyev onu da bildirib ki, bayram günü oruc tutmaq olmaz. Yəni bayramın ilk günü, mayın 24-ü səhər bayram namazı qılanlar oruc tutmurlar”.  

 

 

 

 

# 8788
avatar

Aygün İbrahimli

Oxşar yazılar