Peruda karantin rejimini pozan şəhər meri tabutda gizləndi - FOTO
22 may 2020 03:18 (UTC +04:00)

Peruda karantin rejimini pozan şəhər meri tabutda gizləndi - FOTO

Perunun Tantara şəhərinin meri Xayme Ronaldo Urbina Torres içkili vəziyyətdə karantin rejimini pozub.   

APA m24.ru-ya istinadən xəbər verir ki, hadisə mayın 21-də axşam baş verib. 

Ölkədə tətbiq edilən karantin rejimində dostları ilə içki məclisindən qayıdan şəhər meri polisin reyd keçirdiyini görüb. İçkili olduqlarını polisin bilməməsi üçün mer və dostları tabutun içərisinə girərək özünü ölmüş kimi qələmə veriblər.

Əvvəlcə polis onların koronavirusdan öldüklərini zənn edib. Tabutların polis məntəqəsinə gətirilməsindən sonra bütün gerçəklər üzə çıxıb. 

Şəhər merinin üzündə maska tabutda uzanmış vəziyyətdə fotoları ölkə mətbuatında yayımlanıb.

Qeyd edək ki, Peru Prezidenti Martin Viskarra ölkədə karantin rejimini mayın 24-dək uzadıb. 

Xatırladaq ki, Peruda 104 mindən çox koronavirusa yoluxma hadisəsi qeydə alınıb, onlardan 3024 nəfər ölüb.

# 2512
avatar

Oxşar yazılar