Ayan Ədalət Şükürova belə cavab verdi: "Şeytan var" - VİDEO
19 may 2020 10:37 (UTC +04:00)

Ayan Ədalət Şükürova belə cavab verdi: "Şeytan var" - VİDEO

Müğənni Ayan Babakişiyeva küsülü olduğu Əməkdar artist Ədalət Şükürov barədə danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı “ATV maqazin onlarla” verilişində deyib ki, Ə.Şükürovla onun arasını vuran bir şəxs var:

“Təbii ki, Ədalət Şükürova hörmətim sonsuzdur. Arada şeytan var. Özü də buynuzlu şeytan. Ona görə də hər kəsə öz sənətində uğurlar arzu edirəm”.

Qeyd edək ki, A.Babakişiyeva bundan öncəki açıqlamasında Ə.Şükürov barədə bu sözləri demişdi: "Birinci məndən soruşun, mən Ədalət Şükürovla duet oxuyaram? Yox, oxumaram”.

Onun bu sözlərinə cavab olaraq Əməkdar artist “Uşaqdır, səhv edib”, - demişdi.

# 4933
avatar

Yalçın UĞUR

Oxşar yazılar