2122
14:04
18 May 2020

Avtomobil satışlarında kəskin azalma gözlənilir?

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən bu il qlobal avtomobil (ənənəvi) satışlarının 2019-cu ilin göstəricisi ilə müqayisədə 15% (və ya 13 mln. avtomobil) azalacağını proqnozlaşdırır.

"APA-Economics"in EIA-ə istinadən verdiyi məlumata görə, satışların ən böyük azalması Avropa, ABŞ və Çində qeydə alınacağı proqnozlaşdırılır.

"Bu, 2008-2009-cu illər arasında baş verən azalmadan sonra iki dəfə böyük bir azalmadır", - məlumatda qeyd edilir.