973
11:43
14 May 2020

Rusiyada koronavirusa yoluxanların sayı 250 mini keçdi


Rusiyada son sutka ərzində daha 9974 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 252 245 nəfərə çatıb.

Son sutka ərzində 93 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 2305 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 53 530 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə gəlir.