1048
11:15
14 May 2020

Gürcüstanda koronavirusdan ölənlərin sayı artdı

Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasından daha bir ölüm qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da Gürcüstanda COVİD-19 virusundan ölənlərin sayı 12 nəfərə çatıb.

***

10:16

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) 5 yeni yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 652 nəfərə çatıb.

Qeyd olunub ki, qonşu ölkədə koronavirus səbəbi ilə 4246 nəfər karantində saxlanılır, 394 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 383-u sağalıb, 11-i isə dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.