06:30
12 May 2020

Tibb işçiləri koronavirusa niyə yoluxur? - ÜST-dən CAVAB

“Şəxsi qoruyucu vasitələrin olmaması, uzun iş saatı və kifayət qədər ciddi dezinfeksiya tədbirləri tibb işçiləri arasında COVID-19-a yoluxmanın əsas səbəbləridir”.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə (ÜST) Təşkilatının Təcili Xəstəliklər Birliyinin texniki qrupunun rəhbəri Maria Van Kerxov deyib.

O bildirib ki, hazırda dünyada epidemiyaya yoluxan tibb işçilərinin sayı öyrənilir: “Narahatedici statistika mövcuddur. Bəzi ölkələrdə tibb işçilərinin təxminən 10% -i yeni virusa yoluxub”.

Dİgər xəbərlər