16:04
05 May 2020

Çin Almaniyaya 21 milyondan çox saxta maska satıb

Almaniya Çindən aldığı 108 milyon maskanın 5-də bir hissəsinin yararsız olduğunu açıqlayıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib ki, səhiyyə işçiləri üçün alınan ağız və burun maskalarının 20 faizi standartlara uyğun olmayıb. Nazirlik Çindən alınan bütün maskaların yoxlanılacağını vurğulayıb.

Almaniyalı tibb mütəxəssisi Qreta Uilm deyib: “Çinli istehsalçılardan aldığımız maskalar istifadəyə yararlı deyil. Xüsusilə, Daddybaby firmasının istehsal etdiyi 3 cür maskanın saxta olduğunu müəyyən etdik. Buna görə də, həmin maskaları klinikamızda istifadə etmirik”.

Dİgər xəbərlər