14:49
04 May 2020

İranın milli valyutasının adı dəyişdi

İran parlamenti ölkənin milli valyutası olan rialın denominasiyası və adının dəyişməsi haqqında qanunu təsdiqləyib.

"APA-Economics"in xarici mətbuata istinadən xəbər verir ki, yeni qanuna görə, İranın milli valyutası tümən adlanacaq. Mübadilə zamanı 10 min rial bir tümənə bərabər olacaq.

Qeyd edək ki, valyutanın dəyişdirilməsi prosesi tədricən aparılacaq. Tümən və rialın paralel dövriyyəsi isə 3 ilədək davam edəcək.

Dİgər xəbərlər