994
15:50
28 Aprel 2020

120 dustaq koronavirusa yoluxub - Türkiyə vaxtı uzatdı


Türkiyədə 120 dustaq yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül bildirib.

Onun sözlərinə görə, dustaqlar xəstəxanalarda müalicə olunurlar, onların səhhəti yaxşıdır.

Nazir qeyd edib ki, Türkiyədə təxirə salınan məhkəmə proseslərinin vaxtı 15 iyun tarixinə qədər uzadılıb.