1706
06:28
27 Aprel 2020

Şimali Koreya liderinin ölüm xəbəri bir daha yalan çıxdı

KXDR Dövlət Şurasının sədri Kim Çen In sənədlərlə işləməyə davam edir. O, Vonsan-Kalmanın şərq sahilindəki turizm zonasının inşaatçılarına təşəkkür məktubu göndərib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın mərkəzi qəzeti “Nodon Sinmun” məlumat yayıb.

“Hörmətli ali rəhbər yoldaş Kim Çen In Vonsan-Kalma sahil turizm bölgəsinin inşasında yaxından iştirak edən işçilərə təşəkkür etdi”, - deyə məqalədə bildirilir.

Bununla yanaşı, KXDR liderinin təşəkkür məktubunu göndərdiyi tarix açıqlanmayıb. “Nodon Sinmun”, həmçinin Kim Çen Inın yeni fotolarını da yayımlamayıb.