Neymarın anası sevgilisini qovdu - kişilərlə görə
24 aprel 2020 13:22 (UTC +04:00)

Neymarın anası sevgilisini qovdu - kişilərlə görə

Braziliya millisinin və PSJ klubunun futbolçusu Neymarın anası Nadin Qonsalvesin yeni sevgilisi ilə münasibəti uzun sürməyib.

Apasport.az saytının məlumatına görə, cənubi amerikalı ulduzun anası kiberidmançı Tyaqo Ramosdan ayrılıb.

Nadin 23 yaşlı sevgilisinin ondan əvvəl bir neçə kişi ilə görüşdüyünü aşkar edib. Bu səbəbdən Neymarın anası Tyaqonu malikanədən qovub. “4k Easy” klubunun heyətində “Free Fire” mobil qurğular üçün kral döyüşlərində iştirak edən Tyaqo ailəsinin yanına dönüb.

Tyaqo Ramos buna qədər "stand-up" komediyaçısı Karlinyos Maya, PR məsləhətçisi İrinaldo Oliver və iş adamı Eduardo Pereyra ilə münasibətdə olub. O, sonuncunun malikanəsində üç il yaşayıb, lüks nəqliyyat vasitələrindən istifadə edib. Ramosun keçmiş sevgililəri sırasında Neymarın aşpazı Mauro da olub.

Qeyd edək ki, Tyaqo Ramos həvəskar səviyyədə futbol da oynayıb.

# 3524
avatar

Oxşar yazılar