608
11:20
24 Aprel 2020

"Heydər Əliyevin sayəsində 10 minlərlə insan genosiddən xilas oldu” - Tahir Kərimli

“1918-ci ilin mart, aprel ayında Bakıda, torpaqlarımızda ermənilər azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Tahir Kərimli bildirib.

T. Kərimli deyib ki, Cənubi Azərbaycanda da ermənilər soyqırımı törədib, on minlərlə insanı öldürüblər: “1965-ci Moskva icazə versə də, həmin vaxt Təhlükəsizlik Xidmətinin rəis müavini Heydər Əliyevin sayəsində 10 minlərlə insan genosiddən xilas oldu”.