18:14
22 Aprel 2020

Evdə təbii ətir və dezodrantlar necə hazırlanır? - RESEPT

İstifadə edilən dezodrantlar və digər ətirlərin nələrdən və necə hazlandığını bilmirik. Təbii qidalar kimi ətirləri də özünüz evdə hazırlaya bilərsiniz.

Lent.az xarici mediaya istinadla bu məqsədlə yararlana biləcəyiniz bir neçə resept təqdim edir:

Gül qoxulu ətir resepti

- 30 qram gül suyu

- 3,5 xörək qaşığı lavanda yağı

- 25 qram qərənfil yağı

- 180 milliqram etil spirti

Etil spirtin bir hissəsini şüşə qaba qoyub qərənfil və lavanda yağları ilə yaxşıca qarışdırın. Daha sonra qalan spirti də əlavə edib qarışdırmağa davam edin. Ən sonda gül suyunu da əlavə edərək qarışığı butulkaya doldurub çalxalayın. Butulkanın ağzını möhkəm bağlayıb qaranlıq yerdə 6 həftə saxlayın.

Yasəmənli dezodrant resepti

- 2 xörək qaşığı badam yağı

- 1 xörək qaşığı pudra

- 3 damcı

- yasəmən

Bu təbii dezodrantı xırda koloniya qaba doldurun və istifadə edəcəyiniz zaman çalxalayın.

Lavanda suyu və sirkə dezodrant resepti

- 15 damcı lavanda ətir yağı
- Yarım stəkan alma sirkəsi
- 1 lavanda sapı
- 1 stəkan su

Sirkə və lavanda yağını təmiz qabda qarışdırın. Lavanda sapını yaxşıca yuduqdan sonra bu qarışığa əlavə edin. 10 saat gözlədikdən sonra istifadə edə bilərsiniz.

Qabartma tozu və qarğıdalı nişastası dezodrantı resepti

- Yarım stəkan qabartma tozu

- Yarım stəkan qarğıdalı nişastası

- 2 yemək qaşığı hindistan qozu

- 10 damcı bibər yağı

Bütün bunları bir qabda krem halına gələnə qədər qarışdırın. Dəriyə hopması üçün bir az gözləmək lazımdır.

Dİgər xəbərlər