Hər axşam “Yuxunuz şirin olsun”
22 aprel 2020 10:19 (UTC +04:00)

Hər axşam “Yuxunuz şirin olsun”

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin H.Abbasov adına Mədəniyyət Mərkəzi hər gün axşam saat 21:00-da "Instagram" vasitəsilə uşaqlara  "Yuxunuz şirin olsun" layihəsi çərçivəsində mərkəzin Kukla teatrının onlayn tamaşalarını təqdim edir.

İdarədən Lent.az-a bildirilib ki, aparıcının və bir-birindən fərqli kuklaların ifasında maraqlı nağıllar obrazlı şəkildə uşaqlara təqdim edilir. Balaca dostlar nağıllarla yanaşı, maarifləndirici məlumatları dinləyir, onlara evdən çıxmayıb dərsləri ilə məşğul olmaq tövsiyə olunur.

 

# 2203
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar