Paraqvayın Asunson şəhərindəki otellərin birində ev dustağı olan Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo maraqlı istəklə diqqət çəkib.
Apasport.az saytının məlumatına görə, bu barədə otelin müdiri Emilio Yeqros bildirib.
O deyib ki, 39 yaşlı əfsanə otel rəhbərliyindən top və oynamaq üçün otaq ayrılmasını xahiş edib: "Ronaldinyo istiqanlılığını itirməyib, tez-tez zarafatlar edir. O, yaxşı adama oxşayır. Gülümsəməsini heç vaxt itirmir. İlk dəfə gələndə gərgin idi, amma indi dəyişib. Bizdən top və oynamaq üçün otaq istədi, müsbət cavablandırdıq. Onun üçün geniş bir zal ayırmışıq".
Qeyd edək ki, Ronaldonyo və qardaşı Roberto de Assis Moreyra Paraqvaya saxta sənədlərlə daxil olduğu üçün həbs ediliblər. "Sambaçı"ya 6 ay müddətinə ev dustaqlığı cəzası kəsilib.