787
14:05
16 Aprel 2020

Başqa planetdə yaşamaq üçün nə etməliyik? - ARAŞDIRMA

Başqa planetlərdə yaşamaq üçün insanlar özləri dəyişməlidirlər.

Lent.az bildirir ki, AMEA-nın məlumatına görə, bunu Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Nüvə planetologiyası şöbəsinin Neytron və qamma-spektroskopiya laboratoriyasının rəhbəri Maksim Litvak deyib. O qeyd edib ki, başqa planetlərdə yaşaya bilmək üçün insanlar təkamül edib özləri dəyişməlidirlər: “İnsanlar digər planetləri terraformalaşdırmalı (planetdə həyat şəraitini Yer planetinə oxşar etmək) deyil, özlərini onların şəraitinə uyğunlaşdırmalıdırlar. İnsan inkişaf edərək öz orqanizmini xarici amillərin əhəmiyyət kəsb etməyəcəyi dərəcədə idarə etməyi öyrənə, bədəninə ehtiyac duyulmadığı hər hansı bir yeni fazaya keçə bilər”.

Alim bildirib ki, həyat tamamilə ekstremal şəraitdə də davam edə bilər. İnsanlar olduqca geniş imkanlara malikdir, lakin onlar bu imkanların yalnız 10-15 faizini istifadə edirlər: “Məsələn, insanlar böyük kosmik radiasiya fonuna uyğunlaşmaq üçün cəld regenerasiya etməyi öyrənə bilərlər. Bu fikirlər fantastik görünsə də, hazırda biotexnologiyalar kifayət qədər sürətlə inkişaf edir”.