PFL prezidenti: "Eyni qərar hər iki yarışa şamil ediləcək"
16 aprel 2020 13:23 (UTC +04:00)

PFL prezidenti: "Eyni qərar hər iki yarışa şamil ediləcək"


"Müzakirə olunarkən təkcə Premyer Liqa yox, ölkə futbolu barədə danışılır".

Bunu apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

PFL rəhbəri koronavirus pandemiyası səbəbindən dayandırılan yüksək liqa ilə yanaşı, birinci divizionun da taleyinin qeyri-müəyyən olduğunu bildirib. Musayev birini keçirib, digərini ləğv etmək barədə düşüncələrinin olmadığını söyləyib: "Həm Premyer Liqa, həm də birinci divizionun məsələsi paralel müzakirə olunur. Biz onları ayrı çempionatlar gözündə görmürük. Məsələn, Premyer Liqa dayandırılsa, o klubların əvəzediciləri birinci divizionda necə iştirak edə bilərlər? Yəni I divizion da Premyer Liqanın tərkibindədir. Hansısa eyni qərar veriləcəksə, bu, hər ikisinə şamil ediləcək".

Qeyd edək ki, Premyer Liqa XX, birinci divizion isə XIX turdan sonra dayandırılıb.

# 1142
avatar

Oxşar yazılar